Pablo Picasso - Guernika


Guernika İspaniyada bir qəsəbənin adıdır,hansıki ,Alman və  İtalyan qüvvələrinin yeni təyyarələrini sınaqdan keçirmək üçün hədəf nöqtəsi olaraq seçilmişdir. 26 aprel,1937- ci ildə qəsəbə bombalanmağa başlayır. Bombardman  nəticəsində o günə qədər görülməmiş qətliam baş verir. Qəsəbə 3 gün boyunca yanır və yerlə bir olur. 
     Verilən açıxlamaya görə ölənlərin sayı 1.654,yaralı sayı isə 889 olaraq göstərilir. Guernika Bombalanması'nın əksəriyyətini Alman hava qüvvələri boynuna götürərkən, İtalyan hava qüvvələrinin də köməyi olduğu bilinir. 
      Bütün bu baş verənlərə səssiz qala bilməyən Picasso müharibənin yaratdığı dəhşəti,bombaların yandırdığı atəştə yanan insanlığı,mərhəməti hansısa yolla dünyaya çatdırmalı idi. Və o Guernikanı yaratdı. 
      Yağlı boya ilə çekilməsinə baxmayaraq rəngsiz idi Guernika,mavi reng dumanların arasında qalıb solmuşdu artıq. Geriyə müharibənin qaranlığı və küllərin rəngi qalmışdı ancaq. 
 Picasso rəsmi sadecə 2 ay qədər qısa bir zamanda tamamladı. 
       İlk baxışda bir qazet səhifəsini xatırladan rəsm,əslində müharibənin verdiyi cansızlığı yamsılayır. 
Rəsmi biraz yaxından incələyək : Şəkilin sağ ucunda qara bir qapı ,deyilene göre Picasso ümidsizliyi o qapı ilə göstərmək istəmişdi.

     Qapının yanında ellerini yuxarı qaldırıb dəhşətlə qışqıran adam isə alovlar arasında qalıb.




Onun yanında pencereden içəri girməyə çalışan,elində ləmpə tutaraq baş verənlərə qorxu ilə baxan qadın təsvir olunub.



 Onun aşağısında isə yaralanmış ve mərkəzə getməyə çalışan başqa bir qadın,ləmpəyə boş gözlərlə baxır,sanki baş verənləri artıq dərk edə bilmir. 



                                       
  
 Rəsmin ortasında belinə nizə batmış at ,insanlığın vəhşilik qarşısında susqunluğunu təmsil edir. Atın  başının üstündə ki,göz şəklində parlayan işiğı bəzi mütəxəssislər "hərşeyi görən göz" olaraq açıqlayırlar.  



 Atın aşağısında yerə yıxılmış və parçalanmış əsgər təsvir olunub. Onun elindəki sınmış qılınc isə məğlubiyyətin simvoludur. 



Sol tərəfdə yer alan böyük gözlü öküz ,qucağında ölü uşağına ağlayan qadın üzərində durub. Bu da müharibələrdə mərhəmətin olmadığını göstərir. 
Son olaraq at ilə öküz arasında çox az gözə görsənən göyərçin təsvir olunub. Sülhün simvolu olaraq bilinən göyərçin insanların vəhşiliyi qarşısında çarəsiz olaraq göstərilib. 
        Bu rəsm Guernika fəlakəti zamanı yaradılmış olsada ,əslində bütün müharibələrin iç üzünü göstərir. 
İlk baxışda bəzilərinin hətta karikatura olaraq gördüyü rəsm,biraz diqqət yetirilərsə,özündə nə qədər məna daşıdığını görmək heçdə çətin deyil.


H.S

Yorumlar