Pablo Picasso - Guernika
Guernika İspaniyada bir qəsəbənin adıdır,hansıki ,Alman və İtalyan qüvvələrinin yeni təyyarələrini sınaqdan keçirmək üçün hədəf nöqtəsi olaraq seçilmişdir. 26 aprel,1937- ci ildə qəsəbə bombalanmağa başlayır. Bombardman nəticəsində o günə qədər görülməmiş qətliam baş verir. Qəsəbə 3 gün boyunca yanır və yerlə bir olur. Verilən açıxlamaya görə ölənlərin sayı 1.654,yaralı sayı isə 889 olaraq göstərilir. Guernika Bombalanması'nın əksəriyyətini Alman hava qüvvələri boynuna götürərkən, İtalyan hava qüvvələrinin də köməyi olduğu bilinir. Bütün bu baş verənlərə səssiz qala bilməyən Picasso müharibənin yaratdığı dəhşəti,bombaların yandırdığı atəştə yanan insanlığı,mərhəməti hansısa yolla dünyaya çatdırmalı idi. Və o Guernikanı yaratdı. Yağlı boya ilə çekilməsinə baxmayaraq rəngsiz idi Guernika,mavi reng dumanların arasında qalıb solmuşdu artıq. Geriyə müharibənin qaranlığı və küllərin rən...